Abid Şərifov: “Yüklərin təhlükəsiz daşınmasını təmin etmək vacibdir”

Abid Şərifov: “Yüklərin təhlükəsiz daşınmasını təmin etmək vacibdir”

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) başqa dəhlizlərlə müqayisədə Şərqdən gələn və Avropaya gedən yükləri 550-600 kilometrlik qısa bir məsafədə çatdıracaq". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov söyləyib. A.Şərifov diqqətə çatdırıb ki, bu xəttin önəmi ondan ibarətdir ki, o istər Çin Xalq Respublikasından, istər də Şərqdəki digər ölkələrdən yüklərin Avropaya dayanıqsız, tam təhlükəsiz və vaxtında çatdırılmasına kömək edəcək: "Mən çox məmnunam ki, bizə dost olan Çindən konteyner qatarı gəlib. Bu bizim üçün böyük bir hadisədir. İstər Qazaxıstanda, istər Türkiyədə, istər Türkmənistanda, istərsə də digər ölkələrdə İpək yolunun inkişafı üçün böyük layihələr həyata keçirilir. Hər bir ölkə tərəfindən yüklərin təhlükəsiz daşınmasını və çatdırılmasını təmin etmək bu günün vacib məsələlərindəndir".

Bütün xəbərlər Facebook səhifəmizdə