Yeni qatarlar sentyabrda istifadəyə veriləcək

Yeni qatarlar sentyabrda istifadəyə veriləcək
"Ölkəmiz bir neçə ay bundan əvvəl 5 yeni qatar alıb və qatarlar sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində sərnişinlərin ixtiyarına veriləcək". Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov söyləyib.

Sədr bildirib ki, sözügedən qatarlar kondisioner və "Wi-Fi" internet sistemi ilə təmin olunub: "Onu da deyim ki, bu istiqamətdə qeyri-qanuni tikintilər çoxdur və onların sənədi də yoxdur. Həmçinin dəmir yolu xəttində olan əyri yolların düzəldilməsinə başlanılıb. Hesab edirəm ki, bu da Bakıdan Sumqayıta qədər sürət həddini saatda 80-100 kilometrə çatdırmalıdır. Bunu etməkdə əsas məqsədimiz sərnişinlərin 40 dəqiqəyə mənzil başına çatdırılmasını təmin etməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə