“Azərbaycan Dəmir yolları” QSC yeni tariflər müəyyənləşdirir

“Azərbaycan Dəmir yolları” QSC yeni tariflər müəyyənləşdirir

"Çinin Avropa ilə illik dövriyyəsi təxminən 600 milyard ABŞ dollarından çoxdur. Bu da çox böyük potensial deməkdir". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov söyləyib.

C.Qurbanov diqqətə çatdırıb ki, Qazaxıstan Böyük İpək Yolunun inkişafına Azərbaycandan əvvəl başlayıb: "2010-2014-cü illər ərzində onlar üstlərinə düşən yükü 40 dəfə artırıblar. Bununla da "Qazaxıstan Dəmir Yolları" SC 1 milyard ABŞ dollarından artıq gəlir əldə edib. Azərbaycan bu dəhlizlə işləmir. Lakin biz artıq bu məsələyə yenidən qayıtmışıq. Burada hər kəsin, yəni həm gömrük, həm də sərhəd qurumlarının işləməsi vacibdir. Bu işdə "Gürcüstan Dəmir Yolları" SC də bizimlədir. Azərbaycan Dəmir yolları" QSC hər kəsi bu yoldan istifadəyə dəvət edir, çünki burada ən yüksək güzəştlər tətbiq edilir. Yeni tariflər müəyyənləşdirilir. Yüklər 45 gün əvəzinə altı günə gəlib çıxıb. Bu da yüksək nəticədir."

Bütün xəbərlər Facebook səhifəmizdə