Nazir vətəndaşları dinləyəcək

Nazir vətəndaşları dinləyəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 6 avqust 2015-ci il tarixində saat 10:00-da Qazax şəhərində yerləşən Qazax Olimpiya Kompleksində Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Qazax şəhəri 2 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Qazax şəhəri, Sabir küçəsi 78, əlaqə telefonları: 050-330-95-49, 050-349-02-83, 022-29-5-12-49) xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə