Binada yanğın olub

Tovuzun Aşağı Quşçu kəndində, Camal Sadıqova məxsus ictimai iaşə obyektlərinin yerləşdiyi 3 mərtəbəli binada güclü yanğın hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, tez bir zamanda alovlanan obyekti söndürmək mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağrılıb. 3 avtomobil və xeyli canlı qüvvə alovu ram etməyə nail ola bilib. Yanğın hadisəsi zamanı ümumi sahəsi 1080 kv.m olan üçmərtəbəli mansarddan ibarət obyektin 2-ci mərtəbəsinin lambirdən olan tavanı 308 kv.m, 3-cü mərtəbəsinin yanar konstruksiyaları 360 kv.m və bitişik ümumi sahəsi 312 kv.m olan birmərtəbəli qarışıq mallar mağazasının dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanaraq yarasız hala düşüb.

Qeyd edək ki, 3 mərtəbəli binanın 2-ci və 3-cü mərtəbələrində yerləşən yeməkxana, bərbərxana yanan zaman xəsarət alan olmayıb. Hadisə zamanı yaxınlıqdakı digər satış mərkəzləri yanğından mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə