Meşələrdə yanğın təhlükəsi

Meşələrdə yanğın təhlükəsi

Qərb rayonlarında meşələri yanğından mühavizə etmək üçün bütün tədbirlərin görülməsinə baxmayaraq, yenə də meşə yanğını qaçılmaz olub.Tovuz rayonunun Məşədilər kəndi ərazisində meşədə yanğın hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, isti yay günlərində meşələrdə yanğın hadisəsinin baş verməməsi üçün bu il meşə mühafizəsi və bərpasi müəssisələri gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Ağstafa və Tovuz rayonlarının meşə mühafizəsi və bərpasi müəssisəsinin baş meşəbəyiləri məlumat verib.Baş meşəbəyiləri hətta ümumi sərvətimiz olan meşələrdə yanğının baş verməməsi üçün sakinlərə də müraciət edib.

Lakin meşədə yanğın hadisəsinin baş verməməsi üçün görülmüş bütün tədbirlərə baxmayaraq, Tovuzun dağlıq hissəsində güclü yanğın hadisəsi baş verib. Rayonun Məşədilər kənd sakini Briliyant Məmmədovanın həyətindən başlanan alov daha sonra dağlıq əraziyə keçib. Şiddətlənən alovu ram etmək üçün kənd sakinləri yanğın söndürənlər çağrıb.Yerli sakinlərin köməyi ilə evlərə yaxın əraziləri yanğından mühavizə etmək mümükün olsada, ərazi dağlıq olduğundan meşəlik hissədə yanğını söndürmək sakinlər tərəfindən mümkün olmayıb.Əraziyə gələn yanğın söndürənlər üçün də yanğını söndürmək xeyli çətinliklər yaradıb, kömək üçün əraziyə qonşu rayonlardan da yanğın söndürən avtomobillər və canlı qüvvə cəlb edilib. Dağlıq ərazidə yerləşən meşədə çətinliklədə olsa yanğnı söndürmək mümükün olsada lakin, hələ məlum olmayan meşə ərazisinin xeyli hissəsi yanaraq məhv olub. Odur ki, isti yaya günlərində meşələri yanğından mühavizə etmək yalnız meşə mühavizəsi və bərpası müəssisələrinin əməkdaşlarının işi yox, hər bir vətəndaşın işidir. Çünki meşəsiz həyat yoxdur. Meşə bütün xalqımızın sərvətidir, onu qorumaq isə hər birimizin borcudur.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə