Qubada reydlər davam edir

Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Quba turizm marşrutları ərazisində reydlər keçirib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan və ən əsası sükan arxasında sərxoş olan sürücülər çoxluq təşkil edib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Quba turizm marşrutları ərazisində Qəçrəş yolunda davam edən reyddə 5 sərxoş, 7 sürücülük hüququ olmadan idarəetmə, 2 səs signalı və əlavə avadanlıq, 3 yan şüşə plyonkaların qaydalara uyğun olmaması ilə birlikdə ümumilikdə 47 qayda pozuntusu aşkarlanıb.

Bu kimi reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə