Prezidentin köməkçisi ailə qurdu

Toy mərasiminə siyasətçilər, idmançılar və mədəniyyət xadimləri dəvət edilib
Prezidentin köməkçisi ailə qurdu

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun bu gün fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Tatyana Navka ilə evlənib. Nikah mərasimi və toy Soçi şəhərində keçirilib.

Cütlük Soçi "Rodina" otelində keçirilən toylarına aralarında məşhur siyasətçilər, idmançılar və mədəniyyət xadimləri olmaqla bir çox tanınmış qonaq dəvət edib. 47 yaşlı Peskov özündən yeddi yaş kiçik Navka ilə münasibətlərinə 2010-cu ildən başlayıb. 5 il ərzində onlar vətəndaş nigahında yaşayıb. Ötən il cütlüyün Nadejda adlı qızı doğulub.

Bu izdivac Tatyana Navka üçün ikinci, Dmitri Peskov üçün isə üçüncü olub. Navkanın sabiq məşqçisi Aleksandr Julindən Aleksandra adlı qızı var. Peskovun isə əvvəllki nikahlardan iki oğlu və bir qızı var.

Daha əvvəl Navka mətbuata münasibətləri və toy barədə xəbərləri təsdiq etsə də Peskov öz şəxsi həyatı haqda şərh vermirdi.

"Bunun heç kimə dəxli yoxdur", - deyə Peskov jurnalistlərə bildirib.

2006-ci ildə Turində keçirilən Qış Olimpiya oyunlarının qızıl medalçısı 40 yaşlı Tatyana Navka iki qat dünya çempionu, 3 qat Avropa və Rusiya çempionudur. Tatyananın həyat yoldaşı Dmitri Peskov 2008-ci ilin aprelindən Vladimir Putinin mətbuat katibidir. İxtisasça tarixçi-şərqşunas olan Peskov Moskva Dövlət Universitetinin məzunudur.

Bütün xəbərlər Facebook səhifəmizdə