AFR Baş Prokurorluğu "Netzpolitik.org" saytının jurnalistlərini dövlətə xəyanət etməkdə, yəni dövlət sirlərini yaymaqda şübhəli bildiyi üçün təhqiqata başlayıb. Qalmaqal Konstitusiyanın Qorunması, İnternetə və Sosial Şəbəkələrə Nəzarət üzrə Federal İdarənin planları haqqında iki məqalə həmin saytda dərc olunandan sonra qopub. Sübut kimi idarənin məxfi sənədləri açıqlanıb.
Məxfi sənədlər dərhal başqa saytlara yayılıb. Jurnalist araşdırmaları ilə məşğul olan "correctiv.org" resursunun baş redaktoru Markus Qril isə məqalələri öz saytında yerləşdirməklə kifayətlənməyib. Özü barədə ərizə ilə Federal Prokurorluğa müraciət edib ki, yəni mənim əleyhimə də təhqiqat aparın.
"Netzpolitik.org" saytında çox az jurnalist və bloqqer çalışır. Onlar jurnalist araşdırmaları aparır və özlərini şəbəkə hüquq müdafiəçiləri sayırlar. Bu günlərdə onların aldığı rəsmi bildirişə görə, Federal Prokurorluq Konstitusiyanın Qorunması üzrə Federal İdarənin ərizəsi əsasında dövlət sirrinin yayılması şübhəsi ilə onlara qarşı təhqiqata başlayıb.
Markus Bekedal dpa agentliyinə müsahibəsində təəccübünü gizlətmir: "Konstitusiyanı qoruyan idarənin, çox güman, Konstitusiyanı pozmaqla internet üzərində nəzarətini artırmaq istəyini ifşa etdiyinə görə həbsxanaya düşmək ehtimalı lap sürrelializmə bənzəyir".
Almaniya Cinayət Məcəlləsinin 94-cü maddəsi çox ciddi maddədir. Burada təkcə məxfi sənədlərin başqa dövlətlərə ötürülməsi deyil, AFR-a ziyan vura biləcək belə sənədlərin dərc olunması da dövlət sirrinin açılması sayılır.
"Süddeutsche Zeitung" qəzetinin aparıcı siyasi redaktoru Hans Lyayendeker deyib ki, "jurnalistləri və onlara informasiya ötürənləri qorxutmaq cəhdi" göz qabağındadır.
DJV Almaniya Jurnalistlər İttifaqının sədri Mixael Konken NDR teleradioşirkətinə müsahibəsində "Netzpolitik.org" əleyhinə araşdırmanın başlanmasını qorxutma cəhdi kimi dəyərləndirib: "Müəyyən mövzulara toxunduqları üçün jurnalistləri susdurmağa çalışırlar. Əvvəllər biz dəfələrlə qeyd etmişik ki, gizli xidmətlər siyasətçilərin nəzarətindən çıxır. Odur ki, jurnalistlərin vəzifələrindən biri bu nəzarəti bərpa etməkdir".
Almaniya liberallarının lideri, Azad Demokrat Partiyasının sədri Kristian Lindner hiddətlə bildirib: "Federal hökumətin ABŞ tərəfindən casusluğa yumşaq reaksiya göstərməsi fonunda bu iş ən azı əttökən görünür".
Maraqlıdır ki, Yunus cütlüyü, Xədicə İsmayılova və başqaları tərəfindən analoji hüquq pozuntularının təhqiq edilməsinə görə Azərbaycana hücumlara məhz Almaniya başçılıq edir. Əgər birinci halda bu, "totalitarizm" və "insan hüquqlarının pozulmasıdırsa", digər halda təbii ki, dövlətin öz milli təhlükəsizliyini təmin etmək hüququdur.
Bundan sonra ikili standartları necə inkar edəsən?!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB