Gəncə gənclərin gözü ilə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə "Gəncə gənclərin gözü ilə" layihəsinin açılışı olub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirdə layihənin "Gəncə Avropa Gənclər Paytaxtı - 2016" kampaniyası çərçivəsində tədbirlər planına uyğun olaraq yerinə yetiriləcəyi qeyd edilib. Bununla bağlı layihəyə qoşulan gənclərin "Gəncə gənclərin gözü ilə" adlı hazırlayacaqları reklam videoçarxları da sosial şəbəkələrdə yayımlanacaq.

Qeyd edək ki, üç ay davam edəcək layihə çərçivəsində Bakı gənclərinin Gəncəyə ekskursiyası təşkil ediləcək.

Layihənin əsas məqsədi "Gəncə Avropa Gənclər Paytaxtı - 2016" kampaniyası çərçivəsində bu şəhər haqqında geniş məlumatlandırma işlərinin aparılmasıdır. Həmçinin layihə çərçivəsində Bakıda və Gəncədə "Gəncə gənclərin gözü ilə" mövzusunda maarifləndirmə təlimləri və seminarlar da keçiriləcək.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə