Mingəçevirin işıq xətləri təzələnir

Mingəçevirin işıq xətləri təzələnir
"Mingəçevir" Regional Elektrik Şəbəkəsi Müəssisəsinin balansında olan xətt və avadanlıqda bu ilin ikinci rübündə xeyli sayda əsaslı və cari təmir işləri görülüb. SİA-nın məlumatına görə, şəbəkənin xidmət göstərdiyi 110/35/10/6 kilovoltluq "Ağcabədi", "Bərdə", "Qəbələ", "Tərtər", "Ağsu", "Naftalan", "Şükürbəyli", "Yevlax", "Zərdab", "Mingəçevir şəhər" yarımstansiyalarında 20 güc transformatoru, ümumilikdə 110-dan artıq eleqaz, yağ və vakuum açarı cari təmirdən çıxarılıb. Bununla yanaşı, 110 kilovoltluq I "Yevlax", II "Bərdə", I "Ucar" hava xətlərində və avadanlığında həyata keçirilən müxtəlif təyinatlı təmir işləri zamanı 30-dan artıq yağ açarı əsaslı təmir olunub. Cari ilin ikinci rübündə 330 kilovoltluq I "Abşeron" hava xəttində 8,2 kilometrlik, 500 kilovoltluq II "Abşeron" hava xəttinin 2 kilometrlik hissələrində əsaslı təmir işləri görülüb. Yay təmir kampaniyasına xas olan işlər digər yüksək gərginlikli hava xətlərində və onların dayaqlarında da həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə