Ağstafada 30,5 sentner məhsul götürülüb

Ağstafada 30,5 sentner məhsul götürülüb
Ağstafa rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası uğurla başa çatıb. SİA-nın məlumatına görə, cari mövsümdə rayonda 7 min 714 hektar sahənin taxılı biçilib, 22 min 440 ton məhsul istehsal olunub. Tədarük edilən taxılın 17 min 153 tonu buğda, 5 min 287 tonu isə arpadır.

Qeyd edək ki, buğda zəmilərindən orta hesabla hektardan 30,5 sentner məhsul götürülüb ki, bu da ötənilkindən 1,6 faiz yüksəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə