“Türk tarixi və ədəbiyyatını yaxından öyrənək”

FOTOLAR
“Türk tarixi və ədəbiyyatını yaxından öyrənək”

Tovuz rayonunun ən böyük kəndlərindən biri olan Qaraxanlıda məktəblilər üçün millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən "Türk tarixi və ədəbiyyatını yaxından öyrənək" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, gənc nəslin kitaba dönüşü, milli-mənəvi dəyərlərimizə, mənsub olduğumuz dəyərlərə daha yaxından yiyələnmələri eləçə də, tariximiz və ədəbiyyatımızı daha dərindən bilmələri, zəngin dünyagörüşlərinin inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Göruşdə çıxış edən millət vəkili Qənirə Paşayeva bu istiqamətdə Tovuzda məktəblilərlə ilk tədbirin Türk dövləti Qazaxıstan haqqında olması, maraqlı tanıtım müzakirələrin aparılması haqqında məlumat verdikdən sonra Qaraxanlıda keçirilən tədbirin ümumimilli liderimiz Heydər Əliyevin ifadə etdiyi kimi bir millət iki dövlət olduğumuz qardaş Türkiyəyə həsr olunduğunu vurğulayıb. O, qardaş Türkiyə haqqında, onunla respublikamız arasındakı yüksək səviyyəli əlaqələr barədə danışıb, sualları cavablandırıb.

Türkiyədən qonaqların da iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva Türkiyəyə səfərləri zamanı oradan gətirdiyi yüzlərlə kitabı gənclərə hədiyyə edib və onları oxumağa səsləyib. Millət vəkili həmin kitabların bir hissəsini həmçinin rayon mərkəzi kitabxanasına və bir çox böyük məktəblərin kitabxanalarına da hədiyyə edib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, növbəti görüş qardaş Qırğızıstanla bağlı olacaq."Ggənclərimiz qardaş ölkə və toplumları, onlarla əməkdaşlığımızın bu günü və gələcək prespektivləri barədə məlumatlı olmalıdırlar."

Bütün xəbərlər Facebook səhifəmizdə