"Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2015-ci ilin birinci yarısında Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr"lə bağlı rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, şura iclasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şura iclasını giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin proqram xarakterli giriş və yekun nitqində qeyd olunan məsələlər barədə ətraflı məlumat verib, dünyada baş verən iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatının dinamik inkişafının təmin edildiyini, ölkəmizin ilin birinci yarısını uğurlu göstəricilərlə başa vurduğunu qeyd edib. Bildirib ki, Regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə qəbul edilmiş Dövlət Proqramları ölkəmizin iqtisadiyyatının dinamik inkişafını təmin edib, iqtisadiyyatın neft sektorundan asılılığını azalıb, bölgələrin inkişafını daha da sürətləndirib. Dövlət Proqramlarının uğurlu iclasının nəticəsidir ki, 2015-ci ilin birinci yarısında da əhalinin pul gəlirləri artıb, inflyasiyanın və yoxsulluğun səviyyəsi aşağı düşüb. Məhz bu uğurlu siyasi kursun nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır. İyun aynda dünyanın 50 ölkəsindən 6 mindən çox idmançının iştirakı ilə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, açılış və bağlanış mərasimlərinin möhtəşəm təşkili, Avropa Oyunlarının cənab Prezident tərəfindən alovlandırılan məşəlinin qədim Azərbaycanın bütün bölgələrində qarşılanması ilə Azərbaycan xalqının tarixi keçmişi, ənənələri, əsl tolerantlığı bir daha dünyaya nümayiş etdirilib.
Sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov birinci yarımilin yekunları ilə bağlı geniş məruzə edib. Rayonda aparılan tikinti-quruculuq, abadlıq işləri, yeni açılmış iş yerləri barədə məlumat verib, kənd təsərrüfatı sahəsində əldə olunan uğurları diqqətə çatdırıb, qarşıda duran vəzifələri qeyd edib. İclasda rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov, əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Malik Mirzəyev, maliyyə idarəsinin rəisi Elman Abbasov, elektrik şəbəkəsinin müdiri Şəfayət Hacıyev çıxış edərək rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Daha sonra şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul olunub. İcra hakimiyyəti başçısı Rövşən Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin Lerik rayonuna yüksək qayğı və diqqət göstərdiyini, rayonun sosial-iqtisadi inkişafını təmin etmək, əhalinin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə bir neçə dəfə sərəncam imzaladığını qeyd edib. O, ölkə başçısının bu il dövlət qulluqçularının peşə bayramı günü ərəfəsində imzaladığı sərəncamla uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edildiyini diqqətə çatdırıb, bunu rayonun bütün ziyalılarına verilən qiymət olduğunu söyləyib.
Sonda rayon icra hakimiyyəti başçısı "Dövlət qulluğunda fərqlənməyə görə" medalını Cəlil Baxşıyevə təqdim edib. Tədbir iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB