Masallının 2 kəndinə təbii qaz verilib

Masallının 2 kəndinə təbii qaz verilib

Masallı rayonun Sərçuvar və Alışanlı kənd sakinlərinin də uzun illik qaz intizarına son qoyulub. SİA-nın Cənub bürosunun məlumatına görə, mavi qazın verilişi münasibətilə kənddə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin rəsmiləri də iştirak edib. Qeyd olunub ki, 644 abonenti olan Sərçuvar və Alışanlı kəndlərinin qazlaşması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 34 min metrə yaxın müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlər üçün 644 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edək ki, hazırda rayonda qazlaşma 72 % təşkil edir. Hazırda daha 7 kənddə təmir işləri aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə