Müdafiə naziri Moskvaya səfərə gedib

Müdafiə naziri Moskvaya səfərə gedib

İyulun 31-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskvaya səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Zakir Həsənov avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə