İyulun 31-də Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran sərhəd dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, gənc əsgərlər hərbi anda gətirildikdən sonra DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin təbriki oxunub. Mərasimdə çıxış edənlər milli sərhəd strategiyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunmasına xüsusi diqqət yetirərək DSX-nin yaradılması barədə tarixi xidmətlərini qeyd edib, müasir dövrdə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin sərhədlərinin mühafizəsinin yüksək səviyyədə təşkil edildiyini, dövlət sərhədlərimizin toxunulmazlığı istiqamətində ardıcıl tədbirlərin görüldüyünü diqqətə çatdırıblar. Vətənə, dövlətə sədaqət andı içən gənc əsgərlərə müqəddəs sərhədlərimizi şərəflə qorumaqda uğurlar arzulayıblar.
Mərasimdə çıxış edən gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildirib, öz övladlarına Vətən sərhədlərini göz bəbəyi kimi qorumağa çağırıblar.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB