Fermerlər 18 min tondan çox taxıl istehsal ediblər

Fermerlər 18 min tondan çox taxıl istehsal ediblər
Qazax rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. SİA-nın məlumatına görə, cari mövsümdə rayonda 6 min 40 hektar sahənin taxılı biçilib, 18 min 217 ton məhsul istehsal olunub. Tədarük edilən taxılın 12 min 844 tonu buğda, 5 min 374 tonu isə arpadır.

Qeyd edək ki, buğda zəmilərindən orta hesabla hektardan 31,1 sentner məhsul götürülüb ki, bu da ötən illə müqayisədə 4,4 sentner yüksəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə