29 yaşlı gənci ilan sancıb

Tovuz rayonun Əlimərdanlı kənd sakini 29 yaşlı Aydın İmaməliyev heyvanlarını çayın kənarına apararkən sürünən qəfildən ona hücum edib və əyaq hissəsindən sancıb. Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan zərərçəkənə ilan zəhəri əleyhinə zərdab vurulub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, vəziyyəti ağır olan Aydın İmaməliyev Bakı şəhərinə göndərilib.

Qeyd edək ki, iyul ayı ərzində Tovuzda 11 nəfəri ilan sancıb ki,onlardan 3-ü ağır vəziyyətdə olub. Bölgədə ilan vurma hallarının artmasını isə mütəxəsislər canlıların cütləşmə dövrü ilə əlaqədar artdığını bildirirlər.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə