Qubanın kəndlərinə təbii qaz verildi

Qubanın kəndlərinə təbii qaz verildi

Quba rayonunun Hacıqayıb kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İB-nin nümayəndələri, ziyalılar və kənd sakinləri iştirak ediblər. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Hacıqayıb kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 min 598 metr olan, müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 277 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. 57 abonenti olan Mirzəqasım kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 380 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, qaz sayğacları və fərdi tənzimləyicilər quraşdırılıb.

Qeyd edək ki, bu ilin sonunadək şimal regionunun 4 rayonunda 60-dan çox yaşayış məntəqəsinin qazlaşdırılması işlərinin yekunlaşması nəzərdə tutulur.

Emin Kərimov.

Bütün xəbərlər Facebook səhifəmizdə