Millət vəkili “Azəriqaz” İB-nə müraciət etdi

FOTOLAR
Millət vəkili “Azəriqaz” İB-nə müraciət etdi

Tovuzda sakinlərlə görüşən millət vəkili Qənirə Paşayeva "Azəriqaza" İB-nə kəndlərdə və həmçinin "Təzə məhlələr"in qazlaşdırılması probleminin həlli üçün müraciət edib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycanın müstəqilliyinin ilk illərindən başlayaraq kəndlərin genişlənməsi ilə yeni salınan yaşayış yerləri, evlərin təbii qazla təmin edilməsi sahəsindəki problemlərin həlli istiqamətində sakinlərin təkrar olaraq millət vəkilindən müvafiq orqanlarla müzakirə aparması xahiş edilib. Sakinlər bildiriblər ki, sovet illərində eyni kənddə evlərinə təbii yanacaq verilmiş ailələr olunduğu halda bir kəndin içərisində bir sıra ailələr var ki, bundan məhrumdurlar. Maddi vəziyyətləri zəif olduğu üçün öz hesablarına yaşayış məhlələrinə qaz xətti çəkilməsini həll edə bilmədiklərini qeyd edən sakinlər dövlətdən dəstək gözlədiklərini söyləyiblər. Görüşdə sakinlər hətta evlərinə təbii qaz xəttinin çəkilməsi üçün sənədləşmə işlərində də çətinliklər yarandığını bildiriblər. Sənədləşmə məsələlərini həll etmək üçün başqa bölgə və qurumlara getmədən "Azəriqaz" İB-nin rayondakı şöbəsi tərəfindən bütün sənədləşmənin aparılmasının mexanizmlərinin olmasının vacibliyi də xüsusi olaraq vurğulanıb.

Görüşdə millət vəkili Qənirə Paşayeva Xatınlı kəndi ilə Tovuz şəhərini birləşdirən avtomobil yolunun surətli tikintisi münasibəti ilə sakinləri təbrik edib və onları bu istiqamətdə narahat edən ciddi prolemin artıq öz həllini tapdığını söyləyib. Kənd sakinləri onlar üçün çox böyük bir problem olan yol məsələsinin yüksək səviyyədə həll olunması üçün Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər. Görüşdə həmçinin Xatınlı kənd sakinləri tərəfindən ünvanlı sosial yardımla bağlı daha çox müraciətlər olunub. Müraciətlərlə bağlı rayonda bu sahəyə cavabdeh qurumlarların qısa zamanda məsələnin həlli istiqamətində mühüm addımların atılması üçün müzakirələr aparılıb.

Prezident İlham Əliyev tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğuna diqqət çəkən millət vəkili Qənirə Paşayeva dövlətin bu istiqamətdə insanlara dəstəyinin daha da artacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə