Bu gün Beynəlxalq Dostluq Günüdür

Bu gün  Beynəlxalq Dostluq Günüdür

BMT-nin Baş Məclisi Paraqvayın təşəbbüsü ilə iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan edib. SİA-nın verdiyi xəbərə görə, həmçinin Baş Məclis qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi tövsiyə edib.

Bu münasibətlə yekdilliklə qəbul edilən qətnamədə bütün dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun aktuallığı və böyük əhəmiyyəti vurğulanıb. Qətnamədə deyilir: "Xalqlar, ölkələr, mədəniyyətlər və ayrı-ayrı şəxslər arasında dostluğun, sülhün təmin olunması uğrunda səylər göstərməyə ruhlandıra biləcəyini nəzərə alan Baş Məclis iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etməyi qərara almışdır. Baş Məclis qurumun üzvü olan bütün ölkələrə Beynəlxalq Dostluq Gününü öz adət-ənənələrinə uyğun, o cümlədən maarifləndirmə və ictimaiyyətin məlumatlılığını artırmaq üzrə tədbirlər vasitəsilə lazımi qaydada qeyd etməyi məsləhət görür."

Bütün xəbərlər Facebook səhifəmizdə