Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının (AGAT) təşkilatçılığı ilə 2015-ci il, 28 iyul – 6 avqust tarixlərində beş nəfər sağlamlığı məhdud istedadlı gənc Murad Məmmədov, Ceyhun Mahmudov, Natiq Rəhimli, Abuzərli Əbülfəz, Orxan Əliyev Rusiyanın Yaroslavl şəhərində AGAT-ın əməkdaşlıq etdiyi Alman təşkilatı GEB-in həyata keçirdiyi "We can do" inteqrativ gənclər mübadiləsi proqramında iştirak edirlər. SİA-nın məlumatına görə, "We can do" Avopa Birliyinin inteqrativ gənclər mübadiləsi proqramı əsasında 9-cu dəfədir ki, həyata keçirilir. Sağlamlığı məhdud və sağlam olan 60 xüsusi bacarığa malik gənclər bu layihədə iştirak edir. Layihənin məqsədi müxtəlif ölkələrdən olan sağlamlığı məhdud və sağlam gəncləri bir araya gətirmək, məhdudiyyətin onların qarşısında bir səd olmadığını nümayiş etdirmək və onların birlikdə bacarıqlarının nümayiş olunmasıdır.
Qeyd edək ki, "We can do" layihəsi növbəti illlərdə AGAT-ın təşkilatçılığı ilə Azərbaycanda keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB