Şirvan şəhər sakini üçəm dünyaya gətirib

Şirvan şəhər sakini üçəm dünyaya gətirib

Şirvan şəhər sakini, M.S.Ordubadi küçəsi 20 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Baxşəliyeva Elnarə Elman qızı iyulun 29-da Bakı Pernetal mərkəzdə 1 qız və 2 oğlan olmaqla üçəm dünyaya gətirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların ikisinin çəkisi 2,4, birinin isə çəkisi 2,5 kiloqramdır. Həkimlər körpələrin vəziyyətinin normal olduğunu bildiriblər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə