"Azərbaycanda "ASAN Xidmət" mərkəzlərinin sayı artdıqca vətəndaşların hansı region üzrə qeydiyyatından asılı olmayaraq istənilən şəxsə xidmət göstəriləcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.
Ü.Mehdiyev bildirib ki, hazırda 6 regionda səyyar avtobuslar fəaliyyət göstərir: "Sözügedən avtobuslardan biri Şəkidə, digərləri Yardımlı, Qazax və Bakı ətrafı ərazilərdə vətəndaşlara xidmət göstərir. Səyyar "ASAN Xidmət" vasitəsilə 6 rayon olmaqla 17 regionun vətəndaşlarına xidmət edirik. Hazırda səyyar xidmət avtobuslarının sayı 10-a çatdırılıb.
Ülvi Mehdiyevin sözlərinə görə, regionlarda mərkəzlərin olmaması onlara çətinlik yaradan əsas amillərdəndir: "Gələn ildən etibarən qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlara xidmət göstərə biləcəyik. Bu məsələdə bizə çətinlik yaradan əsas amil bütün regionlarda mərkəzlərin olmamasıdır. Növbəti ildən isə Qəbələ və Masallı şəhərlərində "ASAN Xidmət mərkəzləri fəaliyyətə başlayacaq".
Qeyd edək ki, hazırda respublikada 9 "ASAN Xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir. Son 2il 6 ay ərzində "ASAN xidmət" mərkəzinə 5 milyondan çox müraciət daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB