Bu gün Beyləqan rayonunun daha iki kəndi təbii qazla təmin edilib. Uzun illərdən sonra rayonun Allahverdi və Yuxarı Kəbirli kəndlərinə mavi yanacaq verilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, bu münasibətlə hər iki kənddə açılış mərasimi keçirilib. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, icra nümayəndələri və kənd sakinləri iştirak ediblər. Açılış mərasimində çıxış edənlər sakinləri qazın verilməsi münasibətilə təbrik edib və rayonun tamamilə qazlaşdırılması üçün görülən işlərdən danışıblar. Bildirilib ki, 181 abonenti olan Allahverdi kəndinin qazlaşdırılması üçün 5 min 857 metr müxtəlif diametrli borularlardan istifadə edilib.Yuxarı Kəbirli kəndinin qazlaşdırılması üçün isə 17 min 857 metr dəmir borularla daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib. 145 evə sayğac quraşdırılıb. Sonda hər iki kənddə rəmzi açılışı bildirən məşəl alovlandırılıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB