FOTOLAR
Millət vəkili Xatınlıda

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Xatınlı kəndində sakinlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb. SİA-nın verdiyi xəbərə görə, millət vəkili Xatınlı sakinlərinin içməli və suvarma suyu ilə bağlı narahatlıqlarını dinləyib. Bu problemin tezliklə həll olunması üçün müvafiq qurumlarla təkrar müzakirlər edəcəyini və onlara dəstək göstərəcəyini bildirib. Sakinlər problemin həllində onlara yardımcı olduğu üçün millət vəkilinə təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə