Beynəlxalq Dədə Qorqud Festivalı çərçivəsində Bayburtda, Beşpınarda BEKDER-in təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin dəstəyi ilə "Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə qardaşlıq gecəsi" keçirilib. Tədbirdə çıxış edən SОCАR Türkiyə başqanı Kənan Yavuz tariximiz, ədəbiyyatımız, mədəiyyətimizdən bəhs edərək gənc nəsilləri onlara daha çox sahib çıxmağın vacibliyini vurğulayıb. SİA-nın verdiyi xəbərə görə, gecədə həmçinin millət vəkili Qənirə Paşayeva da çışıx edərək Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən ətraflı danışıb. Qənirə Paşayeva yaxın günlərdə Azərbaycanda da "Qarabağdan Anadoluya Könül Körpüsü" layihəsi çərçivəsində Bayburt gecəsinin keçiriləcəyini bildirib. Sonra çıxış edən BEKDER təmsilçiləri, Azərbaycanlı alim Abbas Seyidov bu cür tədbirlərin keçirilməsinin önəmindən danışaraq tədbirin əhəmiyyətini yüksək dəyərləndirib.
Sonda Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və folkloru ilə bağlı hədiyyələr və kitabları hədiyyə edilib, Azərbaycan gecəsi Əməkdar artist Nuriyyə Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin bölüm başqanı, şair Sərvaz Hüseynoğlu, yazıçı jurnalist Təranə Vahid, şairələr Gülayə, Fərqanə Mehdiyevanın çıxışları böyük konsert ptoqramı ilə davam edib.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB