Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 4-dən 10-dək Macarıstanın Siofok şəhərində keçiriləcək Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində iştirak edəcək. AFFA-dan bildiriblər ki, millinin heyətində Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Vüsal İsmayılov, Amid Nəzərov, Orxan Məmmədov, Comərd Baxşəliyev, Asif Zeynalov, Ramil Əliyev və Sabir Allahquliyev yer alıblar.
Millimiz avqustun 7-də Rumıniya, bir gün sonra Moldova, avqustun 9-da isə İngiltərə yığması ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB