İnsan hüquqlarının müdafiəsi diqqət mərkəzində saxlanılır

İnsan hüquqlarının müdafiəsi diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2015-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş yığıncaq keçirilib. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova 2015-ci ilin birinci yarısında Ombudsman təsisatının fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.

Qeyd edilib ki, 2015-ci ilin birinci yarısında da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətini, əsasən insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi, dövlət və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub.

Bildirilib ki, cari ilin birinci yarısında insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb, Müvəkkilə ünvanlanan hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib, şifahi qəbul zamanı ərizəçilərə çoxsaylı hüquqi məsləhətlər verilib. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətdə baxılıb, daxil olan bütün müraciətlər araşdırılıb.

Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsini, qanunvericilik bazasının zənginləşdirilməsini, Naxçıvan Muxtar Respublikasında insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən müvəkkilin və təsisatın fəaliyyətinin işıqlandırılmasını, elektron müraciət səhifəsinin fəaliyyətinin daim diqqət mərkəzində saxlanılmasını vurğulayan Ülkər Bayramova qarşıda duran vəzifələrdən də danışaraq qeyd edib ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübə daha da inkişaf etdirilməli və mütəmadi təkmilləşdirilməlidir.

Sonra məruzə ətrafında çıxışlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə