Qərb bölgəsində yollara yeni radar və kameralar quraşdırılır

Qərb bölgəsində yollara yeni radar və kameralar quraşdırılır

Yol qəza hadisələrinin qarşısının alınması məqsədi ilə Tovuz rayonu ərazisində radar və ya kameraların yerləşdirilməsi üçün qurğular quraşdırılıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Bakı-Qazax avtomagistralında ölümlə nəticələn yol qəzalarının sayı yüksəkdir. Bunun qarşısını almaq, sürət həddini tənzimləmək üçün müəyyən işlər görülür. Bu məqsədlə Tovuz rayonu ərazisində radar və ya kameraların yerləşdirilməsi üçün qurğular quraşdırılıb. Ötən gündən etibarən rayonun giriş hissəsində və Qovlar qəsəbəsi ərazisində bu qurğular yol kənarında torpağa bərkidilib. 2 metrə yaxın hündürlüyü olan dəmir qurğular sürücülərin gecə saatlarında rahat görməsi üçün müxtəlif rənglərlə işarələnib və üzərlərinə rəqəmlər yazılıb. Bakı-Qazax avtomagistralında hərəkət edən sürücülər isə bu qurğuların görəcəyi işdən xəbərsizdirlər. Amma rayon ərazisində radarların olmasını vacib hesab edirlər.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə