Qazax rayonu ərazisində yerləşən "Sınıq körpü" sərhəd keçid məntəqəsində sərnişin sıxlığı nəzərə alınaraq, Ağstafa rayon ərazisində yerləşən "Sadıxlı" sərhəd keçid məntəqəsində avtomobillərin keçidinin təmin edilməsi Gürcüstan və Azərbaycan kömürükçüləri tərəfindən razlaşdırılıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, "Sınıq Körpü"də yaranan sıxlığı aradan qaldırmaq üçün Gürcüstanla sərhəddə yerləşən keçid məntəqələrində sərnişinlərin 24 saat keçidi təmin olunacaq. Belə ki, bu barədə Azərbaycan və Gürcüstan gömrük orqanlarının nümayəndə heyətlərinin görüşü zamanı bildirilib. Əvvəlçə nümayəndə heyətləri "Sadıxlı" keçid məntəqəsinin fəaliyyətinin bərpası ilə bağlı görüşlərin keçirilməsinə dair əldə olunan razılıq çərçivəsində "Sadıxlı" və "Mtkvari" keçid məntəqələrindəki vəziyyətlə tanış olublar. Daha sonra "Sınıq Körpü" keçid məntəqəsində nümayəndə heyətlərinin görüşü keçirilib. Bildirilib ki,bölgədə həyata keçirilən irimiqyaslı layihələr, eləcə də turizm potensialının gücləndirilməsi ilə əlaqədar sərhəddən keçən sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin ciddi artımı müşahidə olunur. Bu məqsədlə də "Sadıxlı" və "Mtkvari" keçid məntəqələrindən sərnişinlərin 24 saat keçidinin təmin olunması üçün lazımi tədbirlərin görülməlidir. Bu məqsədlə avqustun 10-dan etibarən saat 08:00-dan 20:00-dək yüngül minik avtomobillərinin keçidinin təmin olunması barədə razılıq əldə olunub.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB