Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 3 avqust 2015-ci il tarixdə, saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdəmir rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Fonddan SİA-ya verilən xəbərə görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Şamaxı rayon şöbəsində (02026) 5-14-15
Qobustan rayon şöbəsində (02024) 5-22-30
İsmayıllı rayon şöbəsində (02028) 5-31-48
Ağsu rayon şöbəsində (02022) 6-51-07
Kürdəmir rayon şöbəsində (02025) 5-02-07
Qəbulda iştirak edəcək vətəndaşların avqustun 3-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB