Kəmaləddin Heydərov qəbul keçirəcək

Kəmaləddin Heydərov qəbul keçirəcək

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 31-də Qax şəhərində, Heydər Əliyev Mərkəzində saat 11:00-da vətəndaşların qəbulunu keçirəcək. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda yalnız Qax, Şəki, Oğuz, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi, 4) 30 iyul 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlavə məlumat üçün +994 (12) 512-01-14 saylı telefon və ya [email protected] elektron ünvana müraciət etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə