SİA politoloq Elçin Axundzadənin müsahibəsini təqdim edir:
- Siz artıq 2014-cü ildən Yeni Azərbaycan Partiyası Masallı rayon şöbəsinin üzvü olmusunuz. Məgər bu partiyanın üzvü olmadan, özünüzün dövlətçilik ideyalarınızı davam etdirə bilməzdinizmi?
- Bilirsiz, mən artıq Naxçıvanski adına Hərbi məkdəbdə oxuduğum illərdə ulu öndər Heydər Əliyev biz tələbələrin idealı olub. Məhz bu məktəbin məzunları da gələcəkdə Azərbaycanın müstəqilliyini qorumaqda, dövlət çevrilişının və qardaş qirğının qarşısını almaqda, qanı və canı ilə dövlətə və Prezidentə sadiqliyini həyatda əyani olaraq sübut etdilər və Azərbaycanı çox bəlalardan qorudular. Xüsusi ilə aşağıda adlarını çəkdiyim bir neçə hörmətli generallarımızı misal gətirə bilərəm.
Azərbaycan Prezidentinin müşaviri cənab general polkovnik Vahid Əliyevi, Müdafiə naziri cənab general polkovnik Zakir Həzənovu, Azərbaycanın Milli Qəhrəmanı general leytenant Rövşən Əkbərovu, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının komandanı general polkovnik Elçin Quliyevi, Müdafiyə Nazirinin müavini general mayor Qorxmaz Qarayevi və digərlərini. Hansılar ki, bütün varlıqları ilə Azərbaycana sadiq olan başqa general və zabitləri də misal göstərə bilərəm. Ola bilər ki, biz hələ də Ulu Öndərin dahiliyini dərk edə bilmirik. Amma mən qətiyyətlə deyə bilərəm ki, Şah İsmayıldan sonrakı 500 ildə Azərbaycan xalqının dövlətçilik sahəsində yaratdığı ikinci insan, sərkərdə, dahi şəxsiyyət Heydər Əliyevdir. Mən bir fikri qətiyyətlə deyim ki, Azərbaycan və onun vətəndaşları Sovetlər dövründə və ondan sonra nə nailiyyətlər qazanıblarsa buna görə Heydər Əliyevə minnətdar olmalıdırlar. Ona görə də onun yaratdığı partiyanın üzvü olmaqla özümü xoşbəxt insan sayıram. Həyatda nə nailiyyətlər əldə etmişəmsə mən o, dahi insana borcluyam. Gəlin onu da danmayaq ki, Heydər Əliyev olmasaydı və hakimiyyətə gəlməsəydi 1993-cü ildə Azərbaycan parçalanacaqdı, qardaş qırğını olacaqdı və bəlkə heç Azərbaycan adlı ölkə də olmayacaqdı.
- Elçin müəllim, qarşıdan parlament seçkiləri gəlir, sizin bir vətəndaş olaraq mövqeyinizi bilmək istərdik. Seçicilərin əsasən hansı partiyanın üzvlərinə səs verəcəklərini proqnozlaşdırmaq olarmı?
- Əlbəttə, seçicilərin əksəriyyətinin seçimi yenə Yeni Azərbaycan Partiyası və onun namizədləri olacaq. Buna heç kimin şübhəsi olmasın. Bu rəyə gəlməyimdə şərtlər çoxdur. Hakim partiya kimi YAP Azərbaycanda cəmiyyət institutlarının sağlam, şəffaf şəkildə formalaşmasında misilsiz xidmət göstərir. Azad seçki mühiti yaradır, sağlam rəqabət aparmaq üçün digər partiyalara əngəllər yaratmır. Halbuki, AXC-Müsavat hakimiyyəti dövründə belə şəraitdən əsər-əlamət yox idi. Başqa partiyalardan olanlara qarşı həm mənəvi, həm də fiziki terror üsullarını tətbiq edirdilər.
Bütün bunlardan da önəmlisi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və onun siyasi varisi prezident İlham Əliyevin daha modern formada davam etdirdiyi siyasi kurs, ideologiyadır. Qətiyyətlə deyə bilərik ki, İlham Əliyev Prezident seçkiləri zamanı xalqa verdiyi sözlərə tam əməl edib. Yəni o, xalqa söz vermişdi ki, 500 min iş yeri açacaq, əvəzində 840 min daimi iş yeri açıb və bu iş indi də davam edir. İlham Əliyevin sayəsində Avropa və Asiya ölkələrini birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun son tamamlama işləri gedir. Prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində karbohidrogen ehtiyatlarının xarici bazara çıxarılmasında heç bir çətinliyimiz yoxdur. Qoca Avropa özünün enerji təhlükəsizliyində Azərbaycanı əvəzolunmaz müttəfiq rolunda görür. Hörməti prezidentimizin apardığı müdrik siyasət sayəsində Azərbaycan dünyada tolerant və multikulturalist dövlət kimi tanınır. Təsadüfü deyil ki, Bakıda katolik kilsəsinin açılışı zamanı ABŞ-ın ölkəmizdəki keçmiş səfiri xanım Endryu və dünya katolik kilsəsinin nümayəndəsi qeyd etdi ki, "Azərbaycan dünyaya təkcə neft və qaz deyil, həm də tolerantlıq ixrac edir".
18 may 2015-ci ildə Bakıda keçirilən "Üçüncü dinlərarası multikulturalizm dialoqu" buna bariz sübutdur. 100 ölkədən 200 insanın qatıldığı bu tədbirdə bir daha sübut olundu ki, Azərbaycanda bütün fundamental din, siyasi, media və internet azadlıqları tam təmin olunub. Bunlar isə inkaşıfın əsas meyarlarından biri hesab olunur. Belə müsbət, sağlam, müdrik, balanslaşdırılmış siyasətə görə, dünyanın hegemon dövlətlərinin prezidentləri dövlətimizin başçısı İlham Əliyevə çox böyük hörmətlə yanaşırlar. Məhz İlham Əliyevin apardığı müdrik, məqsədyönlü siyasətin bariz nümunəsidir ki, Azərbaycan 155 dövlətin səsi nəticəsində BMT-nin qeyri-daimi üzvü seçildi. Neft və qeyri neft sektorunun inkişafı, dövlət tərəfindən dəstəklənməsi sayəsində Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatının rəqabətə görə, dünyada 38-ci yerdə olmasını xüsusi ilə qeyd etdi və bunu da tarixi nailiyyət kimi qiymətləndirmək olar. Bütün bu müsbət işlər isə keçirilən islahatlar sahəsində əldə olunub.
Gələn il şahmat üzrə dünya çempionatı, Formula l üzrə yarışlar, 2017-ci ildə isə İslam Dövlətlərinin lll Olimpiya yarışlarının da Azərbaycanda keçirilməsi təsadüf sayıla bilməz. Məhz İlham Əliyevin sayəsində ХХl əsrin kontraktı olan Şahdəniz-2 qaz yatağının tikintisinə başlanıldı və yaxın illərdə Azərbaycan büdcəsi 200 milyard dollar vəsait əldə edəcək. Kosmos sahəsində Azərbaycanın iki milli peyki orbitə çixarıldı. Təkcə keçən il 60 tibb ocağı, 50-yə yaxın məktəb, uşaq bağçası, 11 gənclər və idman, 43 mədəniyyət və 230-dan çox sənaye müəssisəsinin açılışı olub.
Daşkəsən Filiz Saflaşdırma, Sumqayıt Sənaye Texnalogiyaları Parkının yaradılması uğurla davam etdirilir. Valyuta ehtiyatlarımız 50 milyardı keçib, yoxsulluq və işsizlik 5% aşağı düşüb. Bu gün Azərbaycan dünyada ən qüdrətli orduya malikdir. Mən bir peşəkar zabit kimi onu vurğulayım ki, Azərbaycan təkcə müdafiə xarakterli 700 çeşiddə silah-sursat istehsal eləyərək, nümunəvi dövlətə çevrilib. Kənd təsərrüfatı da artıq dirçəlməyə başlayır. Yollar abadlaşır, qaz, su, elektrik təchizatı demək olar ki, tam öz həllini tapır. Kəndlə şəhər arasında fərq demək olar ki, aradan götürülüb. Bunları da görməmək və qeyd etməmək deyərdim ki, nadanlıqdır. Deməli, İlham Əliyev Ulu Öndərin həqiqətən də böyük davamçısı olmaqla verdiyi vədləri də tam yerinə yetirir. Tam qətiyyətlə deyə bilərəm ki, məhz İlham Əliyevin ideyası olan ASAN xidmətin yaranmasının da dünyada analoqu yoxdur. ASAN xidməti yaratmaqla Azərbaycan vətəndaşları bürokratik əngəllərdən azad oldundu, korrupsiya, rüşvətxorluğa ağır zərbə vuruldu. Şəxsən İlham Əliyevin sayəsində 12-28 iyun tarixindəl Avropa Oyunlarının Azərbaycanda çox yüksək səviyyədə keçirilməsi, Azərbaycanı bir daha nüfuzlu, qüdrətli, stabil, dinamik və sülhsevər bir ölkə kimi dünyaya tanıtdırdı. Bu Avropa Oyunları analoqu olmayan tarixi hadisə kimi dünya tarixinə düşdü. Avropa Oyunlarının açılışında və finalında milli ruhda, milli köklərə söykənərək hazırlanan teatrlaşdırılmış tamaşa-konsert dünya xalqlarının əksəriyyətı tərəfindən maraqla izlənildi və dünya xalqları Azərbaycan xalqınınn qüdrətinə, zəngin mədəniyyətinə, zəkasına heyran oldular. Bu oyunlar sübut etdi ki, Azərbaycan xalqı İlham Əliyev, İlham Əliyev Azərbaycan xalqı deməkdir və Azərbaycan xalqı prezident İlham Əliyevi tam dəstəkləyir.
- ATƏT parlamentində bəzi deputatların Azərbaycanla bağlı qərəzli, ədalətsiz təklifi səslənib. Bu haqda nə deyə bilərsiniz?
- Bu təkliflərilə bəzi deputatlar bir daha sübut etdilər ki, onlar erməni diasporu tərəfindən maliyyələşdirilirlər və bu təklifi də onların erməni biznesmenlərinin qarşısında hesabatı kimi qiymətləndirmək olar. Bilirsiniz Azərbaycanla hədə-qorxu, şantaj dili ilə, danışmaq mümkün deyil. Çünki Azərbaycanın iqdisadiyyatı davamlı, dayanıqı və şaxələnmiş formada inkişaf edir. Qeyri-neft sektorunun inkişafi və onların dəstəklənməsi nəticəsində isə büdcə neft asılılığından minimuma endirilib və bu proses davam etdirilir. Xalqımız görür ki, Azərbaycanın prezidenti sərt formada dünyada dövlətimizin maraqlarını qoruyur. Ona görə də Azərbaycan xalqi da tam olaraq İlham Əliyevi dəstəkləyir və ona inanır. Əgər ATƏT parlamentinin deputatları ədaləti, qanunu əldə rəhbər tuturlarsa, nəyə qörə Azərbaycanın bir milyon qaçqınının haqlarını müdafiə etmirlər? Nəyə görə BMT-nin 4 qətnaməsinin həyata keçirilməsini Ermənistandan tələb etmirlər və onlara qarşı sanksiya tətbiq etmirlər? Dədə-baba qəbiristanlığını ziyarətə gedən 2 azərbaycanlı qanunsuz olaraq Ermənistan tərəfindən həbs olunub və nəyə görə onların azadlığa çıxması tələb olunmur?
Ağalar İDRİSOĞLU
Yazıçı, rejissor, publisist, jurnalist
Əməkdar İncəsənət Xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB