“Şəhid adlarının əbədiləşdirilməsi və tanıdılmasına mənəvi dəstək”

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi layihənin icrasına başlayıb
“Şəhid adlarının əbədiləşdirilməsi və tanıdılmasına mənəvi dəstək”

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyi tərəfindən "Şəhid adlarının əbədiləşdirilməsi və tanıdılmasına mənəvi dəstək" layihəsinə əsasən adları əbədiləşdirilmiş şəhidlərimizin adlarını daşıyan küçə və prospektlərdə onların adları qarşısında məlumat löhvəsi və bəzən isə adları yazılmış löhvələrin vurulmamasına görə, həm ictimaətdə, həm də şəhid ailələrində yaranmış narazıçılıqlara son qoyulması ilə yanaşı, gələcəkdə də belə hallarla rastlaşmamaq üçün küçə və prospektlərə adlara verilmiş şəhidlərin adları qarşısına şəhid sözü yazılmış məlumat löhvələrinin vurulmasına köməklik göstərməkdən ibarətdir. SİA-nın "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu şərəfli işi həyata keçirtməklə gənclərdə Dövlət, Millət və Vətən sevgisini artırmaq, gələcək nəslin, yeniyetmə və gənclərin bu ruhda böyüməsinə nail olmaqdan ibarətdir ki, bu da şəhidlərimizin tanıdılması üçün sözün əsl mənasında yaxşı marifləndirici və təbliğat formasıdır.

Həyata keçirilən layihəyə əsasən şəhid adları verilmiş prospekt və küçələrə şəhid sözü yazılmış məlumat löhvələrin olmaması və yaranmış problemlərin yerindəcə araşdırılması məqsədi ilə Bakı Şəhərinin Binəqədi Rayonunda Fərman Məlikov, Həmzə Babaşov, Koroğlu Rəhimov, Svetlanna Məmmədova, İlqar Cümşüdov, Nizami Nərimanov, Adil Məmmədov, İntiqam Mahmudov, Yusif İmanov, Fəxrəddin İsayev, Teymur Yaqubov, İlqar Kərimov, Etibar Kərimov, Əhməd Qasımov, Rəşid İsmayılov, Qabil Süleymanov, Natiq Həşimov, İlham Hacıyev, Füzuli Orucov, Həsrət Ağamalıyev, Fəxrəddin Şahbazov, Əli Məmmədov, Elman Rüstəmov, Arif Hüseynov, Ədalət Yusifov, Osman Mustafayev, Sahib Dadaşov, Zakir Fərzəliyev, Zaur Mehdiyev, Mahir Qədirov, Sahib Hüseynov, Faiq Rüstəmov, Ruslan Allahverdiyev və Pirallahı rayonlarında isə Kamil Rzayev, İlqar Məcidov, Elsevər Hüseyinov və Dmitriy Kiselyov küçələrinə baxışlar keçirilərək hazırlanmış məlumat löhvələrinin vurulacağı yerlər müəyyən edilmiş və hazırlanmış məlumat löhvələrinin vurulmasına başlanmıdır. Bu işin həyata keçirilməsində göstərdikləri dəstəyə görə "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin könüllülərinə dərin təşəkkürümüzü bildiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə