"Gəncə Gənclərin gözü ilə" FOTOLAR

"Gəncə Gənclərin gözü ilə" FOTOLAR

Prezident yanında Gənclər Fondunun dəstəyi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Gəncə Gənclərin gözü ilə" adlı layihənin açılışı olub. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Babək Nağıyev "Gəncə Gənclərin Gözü ilə" layihəsinin "Gəncə-Avropa Gənclər Paytaxtı 2016" kampaniyası çərçivəsində tədbirlər planını əsas tutaraq icra ediləcəyini, eyni zamanda layihə çərçivəsində layihəyə qoşulan gənclər "Gəncə Gənclərin Gözü ilə" başlığı altında tanıdım videoçarxları hazırlayacaqlarını və hazırlanmış videoçarxların sosial şəbəkələrdə yayımlanmasını həyata keçiriləcəyini bildiib. Təlim və seminar materialları maarifləndirici bukletlər də təlimçilər tərəfindən hazırlanıbr. 3 ay davam edən layihə çərçivəsində Bakı gənclərinin Gəncə şəhərinə ekuskursiyası da nəzərdə tutulur.

"Gəncə Gənclərin Gözü ilə" layihəsinin əsas ideyası "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" kampaniyası çərçivəsində tədbirlər planını əsas tutaraq icra ediləcək. Çünki, bu proqram çərçivəsində bir sıra layihələrin icra edilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi Gəncə şəhəri haqqında gənclərimizi geniş məlumatlandırmaq , Qədim Gəncə şəhərini Gənclərin gözü ilə təsəvvürünü təmin edilməsidir. Layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində "Gəncə Gənclərin Gözü ilə" adlı maarifləndirici təlimlər və seminarlar keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə