“KİV-də qadın və uşaq problemləri"

“KİV-də qadın və uşaq problemləri"
Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyinə həsr olunmuş "KİV-də qadın və uşaq problemləri" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AQUPDK-nin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Milli Mətbuatının keçdiyi şərəfli tarix haqda məlumat verib. Bildirib ki, Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə əsasını qoyduğu "Əkinçi" qəzeti həqiqət carçısı olub: "Heydər Əliyev müstəqillik dövründə 22 iyulun Milli Mətbuat Günü kimi qeyd olunması haqda sərəncam verdi. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu yaradıldı. Azərbaycan dövləti, ölkə başçısı hər zaman mediaya xüsusi diqqət göstərir".

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı dünyanın heç bir yerində mövcud olmadığını diqqətə çatdırıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu çıxışında söyləyib ki, mətbuatda və televiziyalarda ailə müstəvisindəki məsələlər daha çox neqativ formada təqdim edilməsi düzgün deyil.

Qeyd edək ki, sonda bəzi jurnalist və müxbirlər komitə tərəfindən təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə