"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə "Fərdi yaşayış evlərinin qeydiyyatı sahəsində mövcud problemlər və onların həlli yolları" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökümət qurumları ilə qeyri-hökümət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin davamıdır.
AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Fövqalədə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər icra hakimiyyəti və digər dövlət orqanları əməkdaşlarının, həmçinin müxtəlif kommunal sahə ilə əlaqədar qurumların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi dəyirmi masanın açılışını Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva edib. O, fərdi yaşayış evlərinin qeydiyyatı sahəsində şəffaflığın və hesabatlılığın artırlması üçün hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildirib.
Tədbirdə danışan müstəqil ekspert Hafiz Həsənov deyib ki, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra fərdi yaşayış evlərinin tikintisi və istismarı sahəsində vəziyyət müsbətə doğru dəyişib. Eyni zamanda fərdi yaşayış evlərinin tikintisinə nəzarət də sadələşdirilib. Lakin, Həsənovun sözlərinə görə, bunlarla yanaşı barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış yaşayış evlərinin tikintisi, istismarı və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı sahəsində müəyyən çətinliklər də mövcuddur. Ona görə də hazırkı sənəddə mövcud vəziyyətin təhlili ilə yanaşı, həm də fərdi yaşayış evlərinin tikintisi, istismarı və qeydiyyatı sahəsində qaydaların daha da təkmilləşdirilməsi üçün tövsiyələr irəli sürülüb.
Daha sonra Şəffaflıq Azərbaycan təşkilatının Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi layihəsinin koordinatoru Məhəmməd Muradov fərdi evlərin qeydiyyatında şəffaflığın təminatı və əhaliyə göstərilən elektron xidmət səviyyəsinin artırılması ilə bağlı təklifləri iştirakçılara çatdırıb.
Qeyd edilənlərlə əlaqədar olaraq ŞA tərəfindən hazırlanmış olan tövsiyələr paketi vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən təkliflərlə birgə müvafiq dövlət qurumuna təqdim edilib.
Qeyd edək ki, tədbir müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



