Azərbaycanda meşə yanğınlarının qarşısının alınması, onlarla mübarizə üsullarının təkmilləşdirilməsi və mənimsənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi tərəfindən Quba rayonunun Rustov meşəbəyiliyində təlim-məşq keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təlim-məşqdə Quba, Qusar, Yalama və Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin bu sahə üzrə məsul əməkdaşları iştirak ediblər. Təlim-məşqin keçirilməsində məqsəd meşələrdə baş verə biləcək fövqəladə ekoloji hadisələrin qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, yanğın baş verən zaman qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığın yoxlanılması, meşə yanğınları ilə mübarizə üsullarının təkmilləşdirilməsi və mənimsənilməsi olub.
Mərkəzin mütəxəssisləri tərəfindən təlim-məşqdə yüksək dağlıq ərazidə baş verə biləcək meşə yanğınlarının söndürülməsində istifadə olunan zəruri texnika, avadanlıq və ləvazimatlardan istifadə qaydaları, o cümlədən meşə yanğınlarının söndürülməsi üsulu, mərkəzə məxsus xüsusi təyinatlı yanğınsöndürən avtomaşın və motopompalar vasitəsilə suyun daha uzaq məsafələrə vurulması, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması, qüvvə və vasitələrin yanğın baş vermiş əraziyə dərhal cəlb olunması və idarə edilməsi şəxsi heyətə nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB