“Xəmsə” Intellektual oyunu keçirilib

“Xəmsə” Intellektual oyunu keçirilib

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin və "Lənkəran İntellektuallar Klubu"nun birgə təşkilatçılığı ilə Lənkəran Gənclər Evində "1 avqust "Azərbaycan dili və Əlifba günü"nə hərs olunmuş "Xəmsə" Milli İntellektual oyunu keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, yarışda 8 komanda qələbə uğrunda mübarizə aparıb. 1, 2 və 3-cü yerləri müvafiq olaraq "The amicecos", "Anti-tərs" və "Xan Lənkəran" komandaları qazanıblar.

Qaliblərə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə