Siyəzəndə reydlər keçirilir FOTOLAR

Siyəzəndə reydlər keçirilir FOTOLAR

Siyəzən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Siyəzən şəhəri ərazisində reyd keçirib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan və ən əsası sükan arxasında sərxoş olan sürücülər çoxluq təşkil edib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Siyəzən şəhərinin ərazisində Həmyə yolunda davam edən reyddə xeyli sürücü saxlanılıb. Avtomobillərinin hərəkətinə qoyulan qadağaya məhəl qoymayan sürücülər saxlanılıb. Saxlanılan sürücülərin bir neçəsinin sərxoş olduğu məlum olub. Hətta bəzilərinin yük avtomobillərini sənədsiz idarə etdiyi də məlum olub. Bununla yanaşı, reyd zamanı polisə tabe olmayan sürücülərə də rast gəlinib. Bir çox sürücülər isə reydi görüb təhlükəli manevrlər edərək yayınmağa çalışıblar. Bəzi sükan arxasında oturan sürücülərin isə avtomobili sənədsiz idarə etməsi də bəlli olub. Siyəzən rayon Polis Şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi Nail Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən sürücülük vəsiqəsi olmayan, sərxoş və digər qayda pozuntusuna yol verən sürücülər saxlanılaraq onlara qarşı inzibati qaydada tədbir görülüb.

Xatırladaq ki, bu kimi reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə