Milli Mətbuatın 140 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə mukafatlar alan KİV nümayəndələri arasında İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazov da var. "Tərəqqi" medalına layiq görülmüş həmsöhbətimiz 2002-ci ildən jurnalist fəaliyyətindədir.
2013-cü ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının "Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu"nun dissertantıdır. "Qərbi Azərbaycan salnamələri", "Bizim general" kitablarının müəllifi, "Ordudan tərxis olunmuş gənclərə iş tapmaqda məsləhətlər" və "Hərbçinin qeyd və yaddaş kitabcası"nın tərtibçisidir. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan Şöhrət Eyvazov hərbi jurnaistikaya marağının Azərbaycan Ordusnda xidmətilə eyni vaxtlara təsadüf etdiyini bildirir: "Boş vaxtlarda döyüş yoldaşlarımdan xatirə olaraq özüm üçün müsahibələr alırdım. Bir müddət hərbi əməliyyatlar haqqında gündəlik də yazmışam. Cəbhə xəttində döyüş yoldaşlarımızla keçiridyimiz bayramlardan xatirə qalan video çəkilişlər var. Orada zabit və əsgərlərin arzularını öyrənməyə çalışırdım. Yəqin ki, bu elə müsahibə almaq, jurnalistika həvəsindən irəli gəlirmiş. Xidmət dövründə Türkiyə Cumhuriyyətində müxtəlif ixtisasartırma kurslarında olarkən izlədiyim hərbi verilişlər məndə bu sahəyə marağı daha da artırdı. 2001-ci ildə tərxis oldum. 2002-ci ildə ehtiyata buraxılmış bir qrup zabitlə bərabər "Hərbi And" qəzetini təsis etdik. Jurnalist kimi fəaliyyətim o günlərdən başlayır. 2005-ci ildə İctimai Televizya fəaliyyətə başlayanda "Salam Əsgər" verilişində çalışdım. Qarabağ bürosuna isə 2007-ci ildə təyin edildim."
Şöhrət Eyvazov deyir ki, "Tərəqqi" medalı ilə təltif olunmağını jurnalist dostunun zəngindən sonra xəbər tutub. O, bölgədə fəaliyyət göstərdiyinə baxmayaraq, unudulmamağının xoş duyğular yaşatdığını da bildirib. "Möhtərəm prezidentimizin, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının imzasıyla təltif olunmağım olduqca xoşdur. Bu mənim üzərimə həm də ikiqat məsuliyyət gətirir. Mediaya göstərdiyi qayğıya görə dövlət başçısına təşəkkür edirəm. Özümə və bütün həmkarlarıma isə qələbə soraqlı xəbərlər çatdırmağı arzu edirəm. Qələmləri kəsərli, imzaları yaddaqalan olsun".
Cəhbə bölgəsində işləyən jurnalist özünü həm də ordumuzun bir hərbçisi kimi hiss edir və gündəlik mövzulardan fərqli olaraq hərbi xarakterli məlumatlar üçün daha çox məsuliyyət daşıyır. Özünü Vətənin bir əsgəri hiss etmək insanda hərbçi xüsusiyyətlərinin güclənməsinə gətirib çıxarır. Ona görə də, müharibə veteranı, cəbhə bölgəsində xidmət edən bir jurnalist və ehtiyyatda olan kapitan kimi Perzidentimizə təşəkkür etməklə bərabər, belə səslənmək istəyirəm: "AZƏRBAYCAN RESPUBLİKASINA XİDMƏT EDİRƏM ".
Şamxal Cəliloğlu
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB