Bayburtda Qənirə Paşayevanın kitablarının təqdimat və imzalanması olub
Türkiyənin Bayburt vilayətində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi olub. Mərasimdə Bayburt bölgəsinin çoxlu sayda ziyalıları, gənclər, jurnalistlər iştirak ediblər. SİA-nın verdiyi xəbərə görə, təqdimat zamanı millət vəkili Qənirə Paşayevanın burada Türkiyə türkcəsində çıxan "Allah, seven kalplerdedir ("Seni Allaha aşk götürür"), "Aşk Başka" adlı kitabları, həm müəllifi olduğu "Karabağ Hikayeleri" kitabları da daxil olmaqla təqdimatı və imzalanması olub. Tədbirin təşkili üçün Bayburta, BEKDER təşkilatına, tədbirdə iştirak edənlərə və medya mənsublarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva "Bizim ailəmiz zəngin deyildi, amma atam hər zaman deyərdi ki, mən çox zəngin insanam, çünki mənim pulla alına bilməyəcək qədər çoxlu gözəl dostlarım var. Mən də çox zəngin insanam çünki sizin kimi çoxlu dəyərli dostlarım var"-deyən Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif yoldaşlarından və kitablarından geniş danışaraq "Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir" deyib.
Sonra millət vəkili qədim Bayburtun Azərbaycanda daha geniş tanıtmaq üçün "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabında Bayburtla bağlı yazısını daha da genişləndirərək Dədə Qorqud yurdumuzla bağlı ayrıca bir kitab hazırlayacağına da söz verib. Görüşdə Qənirə Paşayeva Bayburt ziyalıları, gənclərı, KİV təmsilçiləri üçün kitablarını imzalayıb. O, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan "Allah, sevən kalplerdedir" ve "Aşk Başka" kitabından əldə ediləcək bütün gəlir yoxsul ailələrin qızlarının universitetlərdə təhsil ala bilmələri üçün xərclənəcək və kitablarının belə bir missiyaya xidmət edəcəyindən çox məmnundur.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB