Regionlarda dini tədbirlər keçirilir FOTOLAR

Regionlarda dini tədbirlər keçirilir FOTOLAR

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Komitənin mətbuat xidmətindən SİA-ya verilən zəbərə görə, bu məqsədlə iyulun 26-da İsmayıllı şəhər "Cümə" məscidi dini icması tərəfindən "Gənclərimizin sağlam dini maariflənməsi" layihəsi çərçivəsində "İslamda vəhdət" adlı dəyirmi masa təşkil edilib. Tədbirə dini icma tərəfindən ekspert qismində Füzuli Hüsiyev dəvət olunub. Milli-mənəvi və dini dəyərlər, İslamdakı vəhdətin önəmi barəsində ətraflı söhbətlər və fikir mübadiləsi aparılıb. Daha sonra çay süfrəsi ətrafında davam etdirilən tədbirdə Şamaxı bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Tural İbrahimov iştirak edib. Sonda iştirakçılar bu cür tədbirlərin keçirilməsindən məmnunluq duyduqlarını bildirib, təşkilatçılara öz təşəkkürlərini çatdırıblar.

İyulun 24-də İsmayıllı rayon Diyallı kənd məscidi dini icmasının "İnanların əxlaq və sevgi yönümündən dini maariflənməsi" layihəsi çərçivəsində Diyallı kəndində "İslam sülh dinidir" adlı dəyirmi masa təşkil olunub. Tədbirdə Diyallı kənd məscidi dini icmasının üzvləri, İsmayıllı şəhər "Cümə" məscidi dini icmasının sədri Vasif Teymurov, ətraf kəndlərin imam və dini icma sədrləri, gənclər, o cümlədən Şamaxı bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Tural İbrahimov da iştirak edib.

Dəyirmi masada milli-mənəvi və dini dəyərlər, İslamın sülh, qardaşlıq və sevgi dini olduğu haqqında geniş söhbətlər aparılıb. Sonda ağsaqqallar, gənclər, habelə dini icma üzvləri bu formatda tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə