Maşın yol kənarına yuvarlandı

Maşın yol kənarına yuvarlandı

Bakı, Qazax, Gürcüstan avtomobil yolunun 494-cü km-də yol qəza hadisəsi baş verib. Gürcüstan istiqamətində hərəkətdə olan yük maşını yoldan çıxaraq aşıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Bakı, Qazax, Gürcüstan avtomagistralında hadisə səhər saat 06 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndinin ərazisində qeydə alınıb. Gürcüstan istiqamətinə hərəkət edən yük maşını döngədə idarəetməni itirərək dərəyə yuvarlanıb. Avtomobilinin yoldan cıxdığını görən sürücü özünü dərhal idarə etdiyi avtomobildən atıb. Qəza zamanı yük maşınının sürücüsü xəsarət almasa da, avtomobil tam yararsız vəziyyətə düşüb. Yol polisinin bildirdiyinə görə hələlik adı bilinməyən sürücü Gürcüstan vətəndaşıdır. İlkin ehtimala görə, hadisəyə əsas səbəb yük avtomobilinin sürət həddini aşması olub.

Hadisənin baş verməsi ilə bağlı BDYP tərəfindən araşdırma aparılır.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə