Tovuzda iki nəfəri ilan sancıb

Tovuz rayonunun Azafalı kəndinin ərazisində mal-qara otararkən 39 yaşlı İbad Hüseynovun əlindən zəhərli sürünən sancıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Tovuzda ilan bir gündə 2 nəfəri sancıb. Onlardan biri ayağından yüngül dişləmə olduğundan ambulator müalicəyə göndərilib. 39 yaşlı İbad Hüseynovun vəziyyəti isə daha ağır olduğu üçün Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Zərərçəkənin qohumlarının sözlərinə görə, İbad Hüseynov Azafalı kəndinin ərazisində mal-qara otararkən zəhərli sürünən onun əlindən sancıb. Kənd sakini dərhal ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. 39 yaşlı kişinin vəziyyəti ağır olduğundan paytaxtdan Tovuza həkim briqadası çağırılıb. Aparılan proflaktik tədbirlər nəticəsində 2 uşaq atasını həyata qaytarmaq mümkün olub.

Qeyd edək ki, yay fəsli girəndən Tovuzda 15-ə qədər sakin zəhərli ilanların hücumuna məruz qalıb. Sürünənlər daha çox açıq sahələrdə insanlara zərər vurub.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə