Dəmir yolu keçidlərində yeni-müasir məntəqələr tikilir

Dəmir yolu keçidlərində yeni-müasir məntəqələr tikilir

Gəncə-Böyük-Kəsik istiqamətində olan dəmir yolu keçidlərində, müasir standartlara cavab verə biləcək məntəqələrin tikintisi davam etdirilir. Bundan sonra məntəqələrdə quraşdırılacaq şlaqbaunlar kompüter vasitəsi ilə avtomatik qatarların müəyyən məsafədə yaxınlaşması zamanı enib-qalxacaq. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Gəncə-Böyük-Kəsik istiqamətində olan dəmir yolu keçidlərində yeni məntəqələrin tikintisi dəmiryolu keçid məntəqələrindəki hadisələrin qarşısını alacaq. Keçid məntəqəsi ətrafında yaşayan sakinlərin sözlərinə görə, hər il keçid məntəqələrində onlarla hadisələr baş verir. Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin başa çatması ilə əlaqədar stansiyalarda hazırlıq işləri sürətlənib. Yeni yolda müasir tipli sürət qatarlarının xəttə çıxarılması təhlükəsizlik tədbirlərini gündəmə gətirib. Dəmiryolu keçidlərində qurulan yeni post məntəqələri müasir görnüşü ilə fərqlənir. Bu məqsədlə Gəncə Böyük Kəsik ərazisində 27 keçid məntəqəsi olacaq.

Qeyd edək ki, məntəqələr Körpü Bina-Tikinti təşkilatı tərəfindən aparılır. Tikintinin iş icraçısı Məhəmməd Zeynalovun sözlərinə görə, Gəncə-Böyük-Kəsik istiqamətində artıq 6 məntəqənin əsaslı tikintisi başa çataraq təhvil verilməyə hazırdı. "Bütün məntəqələrin tikinti işlərinin isə avqusta kimi başa çatdırılması planlaşdırılır. Məntəqələrdə nəzarətçilər olsada, lakin şlaqbaunların enib qalxması kompüter vastəsi ilə qatarın yaxınlaşmasına müəyyən qədər məsafə qaldıqda avtomatik həyata keçiriləcək. Məntəqələrin tikintisi ilə yanaşı keçidlərdə müasir tipli şlaqbaun avadanlıqlarının qurulması da planlaşdırılır. Yeni məntəqələrdə növbətçilərin rahatlığı və ətraf ərazidə yaşıllıq zollağının salınması da planlaşdırılır".

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə