Daha 1 kəndə qaz verildi

Saatlı rayonunun Yeni Novruzlu kəndinə təbii qazın verilişi bərpa edilib. SİA-nın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 252 abonenti olan Yeni Novruzlu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19800 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 252 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə