Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakıda beynəlxalq konfrans keçiriləcək

Sentyabrda AMEA İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Qafqazda mədəni-dini irsin qorunması" mövzusunda beynəlxalq konfrans keçiriləcək. AMEA-dan SİA-ya verilən xəbərə görə, tədbirdə "Alban abidələrinin qorunması", "Qafqazda mədəni-dini müxtəliflik tarixi ənənə kimi", "Qafqazda mövcud olan etnik münaqişələrin mədəni-dini irsin dağıdılmasına təsiri", "Azərbaycanda mövcud olan multikultural dəyərlər mədəni irs kimi", "Azərbaycan: mədəni və dini birgəyaşayışın modeli", "Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında tarixi və dini abidələrin məhv edilməsi" mövzuları müzakirə olunacaq.

Konfransda siyasi, iqtisadi, sosial və humanitar elmlər üzrə mütəxəssis və elmi tədqiqatçılar, dövlət və qeyri-dövlət strukturlarının mövzu ilə əlaqəli məsul şəxsləri iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə